Xəbər lenti

Elçin Quliyev Rusiya ilə sərhəddə (FOTOLAR)
Foto 10:48 18.04.2019

Elçin Quliyev Rusiya ilə sərhəddə (FOTOLAR)

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Rusiya Federasiyası ilə dövlət sərhədində Qusar və Xaçmaz rayonları ərazisində yerləşən sərhəd mühafizə orqanlarının xidməti-döyüş fəaliyyətini yoxlayıb. 

Qaynarinfo xəbər verir ki, bununla bağlı DSX-nın Mətbuat Mərkəzindən məlumat verilib.

Səfər çərçivəsində "Samur” dövlət sərhədindən buraxılış məntəqəsində sərhəd nəzarətinin həyata keçirilməsi üzrə xidməti fəaliyyətə baxış keçirilib, prezident İlham Əliyevin dövlət sərhədindən buraxılış məntəqələrində yoxlama prosedurlarının sadələşdirilməsi barədə verdiyi tapşırıqların icra vəziyyəti və bu istiqamətdə görülmüş tədbirlərin səmərəliyinin qiymətləndirilməsi məqsədilə dövlət sərhədindən keçən şəxslərlə söhbətlər edilib.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Xudat” sərhəd dəstəsinin və Sahil Mühafizəsinin sahil nəzarəti məntəqələrinin ərazisində xidməti fəaliyyətin təşkili, şəxsi heyətin xidməti və məişət şəraiti nəzərdən keçirilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->