Xəbər lenti

Elektromobillər üçün xüsusi yol hazırlanır
Texnologiya 21:19 04.07.2020

Elektromobillər üçün xüsusi yol hazırlanır

İsrailin Electreon Wireless startapı xüsusi yol örtükləri vasitəsilə elektromobillərin hərəkət edərkən belə enerji yığmasını təmin edəcək.

Qaynarinfo ted.az-a istinadən bildirir ki, Electreon road öncə şəhər administrasiyası və avtopark operatorlarına təklif olunacaq. Texnologiya elektromobillərin batareya ölçüsü, qiymət və çəkisini azaldacaq.

Qeyd edək ki, şirkət elektrik yolunu ilk dəfə ötən il sınaqdan keçirib. Bu il ərzində isə Təl-Əviv ərazisində kiçik bir ərazidə yol sınaqdan keçiriləcək.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->