Xəbər lenti

Ələt-Astara magistralında həyəcan: yük maşını magistral yolda təhlükə yaratdı (VİDEO)
Video 21:30 19.05.2018

Ələt-Astara magistralında həyəcan: yük maşını magistral yolda təhlükə yaratdı (VİDEO)

İndi baxacağınız təhlükəli kadrlar sizi də həyəcanlandıracaq. Bir sürücü yük maşınını avtomobillərin sıx hərəkət etdiyi yolda saatda 140 km sürətlə hərəkət etdirir. Üstəlik, həmin sürücü sərt döngələrdə təhlükəli manevrlər də edir. 

Qaynarinfo "Xəzər TV"yə istinadən həmin kadrları sizə təqdim edirir.

Yük avtomobilinin sürücüsü sanki magistralda yox, yarış meydançasındadır. Yük maşınları üçün sürət saatda 70 km nəzərdə tutulsa da, bu yük maşını saatda 140 km sürətlə hərəkət edir.

Avtomobillərin sıx hərəkət etdiyi yolda sürücü elə həmin sürətlə ötmə və dönmə əməliyyatları edir.

Həyəcan dolu kadrlar Ələt-Astara magistralında başqa bir sürücü tərəfindən çəkilib və "XəzərXəbər”in votsap nömrəsinə göndərilib.

Kadrlardan aydın olur ki, sözügedən avtomobilin dövlət qeydiyyat nişanı ''99-CJ-883''-dür.

Yol hərəkəti üzrə ekspert Azər Allahverənov deyir ki, sözügedən avtomobili idarə edən sürücü kobud qayda pozuntusuna yol verməklə yanaşı, həm də digər yol hərəkəti iştirakçılarının həyatını risqə atır. Ekspertin sözlərinə görə, sürücü yol polisi tərəfindən müəyyən edilərək cərimə edilməlidir.

Ekpert onu da bildirir ki, belə sürücülərin aşkarlanaraq cərimə edilməsi digərlərinin də nəticə çıxarmasına səbəb olacaq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->