Foto 14:00 08.10.2019

Əli Cəfərov: "Bu yaş dövründə yeniyetmələr digər xalqların da ədəbiyyatı və coğrafiyasını öyrənməyə meyillənirlər"

Bu gün Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyi Bakı şəh Suraxanı rayonunda yerləşən Kəlbəcər rayon 23 saylı tam orta məktəbdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi "Şagirdlərin yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirməklə yol hərəkəti qaydalarının təbliği” mövzusunda növbəti təlimini reallaşdırıb.

Təlim Dövlət Himnimizin səslənməsilə başlayıb. Cavid müəllim uşaqlarla salamlaşdıqdan sonra yeni dərs vəsaitlərini uşaqlara paylayıb.

Ardınca şagirdlərlə ötən təlimdə keçdikləri dərsin sual-cavabına başlayıb. Təlimçi aşağıdakı sualları şağirdlərə ünvanlanıb. "Yol qəzası deyəndə nə başa düşürsünüz?”, "Yol nəqliyyat hadısələrini yaradan səbəb nədir?”, "Yaradıcı insan kimə deyilir”, "Piyada keçıd nişanları nə üçün lazımdır?”, "Niyə yol hərəkətı qaydalarına riayət etməliyik”. 

Təlimçi bir daha bildirdib ki, uşaqlar sizlər yol hərəkəti qaydalarını öyrənməklə yanaşı, yaradıcılıq potensiallarınız da üzə çıxacaqdır. Sual-cavabda şagirdlərdən Kazımzadə Kənan, Məmmədov Maqsud, Kərimova Qəmər, Qurbanov Məhəmməd və eləcədə Bağırova Aysu fəal iştirak etdilər. Daha sonra təlimçi bildirdi  ki, hər gün yol hərəkət qaydalarının pozulması səbəbindən baş vermış hər bir faciənin nə qədər ailənin ümüd yeri olan uşaqları, yeniyetmələri tələf etdiyini nəzərə alaraq bu tipli hadısələrin qarşısını almaq, həmçinin ölkənin gələcək vətəndaşlarını hələ uşaqlıqdan bu istiqamətdə maarifləndirməyin nə qədər məqsədə müvafiq olduğunun fərqində olmalıyıq. Baş vermış bədbəxt hadısələr əsasən özünü iki istiqamətdə büruzə verir: azyaşlıların bədbəxt hadısələrlə üzləşməsində və yeniyetmələrin özlərinin yol hərəkət qaydalarını pozub qəza törətmələri və ya biribaşa qəza hallarına səbəb olmalarında. Baş verən bu tükürpədici hadisələr hər şeydən öncə cavan və ahıl yaşından asılı olmayaraq insanların həyatına qəsd etmiş olur, nəticədə onlar sağlamlıqlarını itirməkləri ilə bərabər, cəmiyyətdə, ictimai həyatda pozitiv rol oynamaq, ayrı-ayrı sahələrdə bacarıqlı mütəxəssislər kimi yetişmək imkanlarından da məhrum olurlar. Bu tipli hadisələrin qarşısını almağın, ən azı onu minimuma endirməyin yolları isə çox ciddi şəkildə maarifçilik təbliğatının aparılmasından keçir. Düşünürük ki sizi maarifləndirməklə baş verə biləcək bədbəxt hadisələrdən sizi və ətrafınızdakı insanları qoruya bilərik. 

Təlimçi bir daha piyadaların hüquq və vəzifələri haqqında uşaqlarla fikir mübadiləsi apardıqdan sonra təlimçi uşaqlara yol nişanları haqqında məlumat verdi. Sonra  bildirdi ki, indi gəlin yol qəzasına aid video rolikə baxaq və sonra müzakirələrimizi davam etdirərik. Video rolikə baxdıqdan sonra Cavid müəllim şagirdlərə belə bir sualla müraciət etdi. "Uşaqlar indi deyin görək biz niyə yol hərəkətı qaydalarına əməl etməliyik”? şagirdlərdən Rəvanə və Məleykə ayrı ayrılıqda bildirdilər ki, bədbəxt hadisələrin, ümumiyyətlə faciələrin qarşısını almaq üçün mütləq biz və yoldaşlarımız maariflənməliyik. Daha sonra təlimçi uşaqlara belə bir sualla müraciət etdi:”Niyə görə piyada keçidlərindən istifadə etməliyik”?, "Yol hərakatı iştirakçıları kimlərdir” və .s şagirdlərdən Sahib və Nicat suallara  ətraglı cavab verdilər .Sual-cavabdan sonra təlimçi mövzunun qoyuluşu kontekstində və görəcəyimiz işlər barədə uşaqlara qısa məlumatlar verdi. Eyni zamanda təlimçi fikirlərini əsaslandırmaq məqsədilə mövzu ilə əlaqədar divardan  asılmış əyani vəsaitdən də istifadə edirdi.Sonra usaqlara keçid nişanları haqqında geniş məlumat verdi.

Təlimin sonun da söz layihənin rəhbəri, DMDT-İB sədri Əli Cəfərova verildi: Əli müəllim şagirdləri salamladıqdan sonra bildirdi ki, biz bu layihənin  icrasını əsasən uşaq ve yeniyetmələr arasında planlaşdırmışıq. "Çünki məktəblilərdə məhz bu yaş dövründə əxlaqi kateqoriyalar formalaşır, mental xüsusiyyətlər üzə çıxır. Sizlər artıq bir şəxsiyyət kimi formalaşmaq istəyirsiniz. Bu yaş dövründə yeniyetmə gənclərimiz təkcə öz xalqının tarixi, qəhrəmanları, mədəniyyəti, ədəbiyyatı, coğrafiyasını deyil, eyni zamanda digər xalqların da ədəbiyyatı və coğrafiyasını  öyrənməyə meyillənirlər”.
Eyni zamanda məktəblilər "haqq”, "ədalət”, "vicdan”, "şərəf”, "namus” haqqında, özlərinin kimliyi, mənsubiyyəti haqqında fikirləşir, kimin haqlı, kimin haqsız olması kimi suallar ətrafında baş sındırırlar. Ona görə də düşünürük ki, sizlərdə elə bu yaş dövründə milli şüurun da formalaşdırılması  mümkündür. Eyni zamanda bu yaş dövründə yeniyetmələrdə milli vicdanın oyanış vaxtıdır. Bu isə bir azərbaycanlı olaraq onların həyat tərzinin müsbət istiqamətdə dəyişməsi ilə sonuclanar, onlarda doğma yurd, vətən sevgiləri artar, ən başlıcası isə bu kimi hissləri, bilikləri realizə və əhatə dairələrinizdə təbliğ etmək üçün ictimai fəallıqlarınız da güclənəcəkdir. Daha sonra Əli müıllim bildirdi ki, sizin yaradıçılıq qabiliyyətlərini üzə çıxarıb inkişaf eləmək məqsədilə növbəti təlimdə sizlər qruplara bölünərək təlimi davam etdirəcəksiniz. Sonda məktəbin direktoru  Həqiqət xanım Şükürova çıxış edərək içtimai birliyin rəhbərliyinə öz təşəkkürünü bildirdi.