Siyasət 12:36 12.05.2021

Əli Əsədov Mişustinə başsağlığı verdi

Baş nazir Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinə başsağlığı məktubu ünvanlayıb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, Baş nazir Kazanda baş vermiş faciə nəticəsində insan tələfatı xəbərindən kədərləndiyini vurğulayıb.Məktubda Rusiya Hökumətinin sədrinə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib, yaralananlara şəfa arzulanıb.