Foto 13:33 11.12.2021

Əli Nağıyev Heydər Əliyevin xatirəsini andı (FOTO)

Müasir Azərbaycanın banisi, ümummilli lider Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və DTX-nin şəxsi heyəti Fəxri xiyabanı ziyarət edərək Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Qaynarinfo xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.