Dünya 19:51 30.10.2020

Elm adamları: Yellouston süpervulkanının püskürməsi qaçılmazdır (VİDEO)

 

ABŞ-dan olan tədqiqatçılar bəşəriyyətin nə qədər çalışsa da, gələcəkdə Yellouston super-vulkanının püskürməsinin qarşısını ala bilməyəcəyini bildirib.

Qaynarinfo xəbər verir ki, bu cür nəticələr alimlər tərəfindən uzun illər davam edən araşdırmaların nəticələrinə əsasən verilib.

Yellouston vulkan kalderasının sonuncusu təxminən 630 min il əvvəl baş verən üç fəlakətli püskürmə nəticəsində meydana gəldiyi alimlərə məlumdur.

Hazırda zəlzələyə meylli bu ərazi daim ABŞ USGS Geoloji Xidmətinin nəzarətdədir. Geoloq alim Cefferson Hanqerford supervulkanın püskürməsinin qarşısını almağın yalnız bütün enerjinin ondan çıxarıla biləcəyi təqdirdə mümkün olduğuna inanır. Hazırda bəşəriyyətdə bu inanılmaz proseduru həyata keçirməyə imkan verəcək belə texnologiyalar yoxdur.

Mütəxəssislər Yelloustonun püskürməsi başlayarsa, lava axınının səthdə əvvəlcə görünəcəyinə, ancaq təxminən 70.000 il əvvəl olduğu kimi bir partlayış əmələ gəlməyəcəyinə əmindir. Alimə isə yalnız bu zonanın fəaliyyətini izləməyə davam etmək qalır.

Vulkandan hələ dəqiq bir "siqnal" gəlmədiyinə baxmayaraq, mütəxəssislər seysmik zonanın sadə müşahidəsinin kifayət etməyəcəyindən qorxurlar. Yaxınlaşacaq fəlakətdən yarana biləcək zərərin necə azaldılacağı barədə əvvəlcədən düşünmək lazımdır. Alimlər hələ bunun nə zaman baş verə biləcəyini dəqiq deyə bilmirlər. Onların fikrincə, püskürmə həm yüz ildən, həm də on min ildən sonra başlaya bilər.