"Mərkəzi Bank valyuta bazarına əhəmiyyətli dərəcədə müdaxilə etmir. Bununla belə, əhalinin və iş adamlarının marağını nəzərə alaraq, manatın kəskin ucuzlaşması və yaxud bahalaşmasını istəmirik. Odur ki, məzənnə siyasətində "üzən məzənnə” rejiminin tərkib hissəsi olan "aralıq rejim” tətbiq edilir".
Qaynarinfo xəbər verir ki, bu sözləri Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.
Baş bankir bildirib ki, dolların məzənnəsinin uzun müddətdir ki, 1,7001 AZN/USD səviyyəsində qalması Mərkəzi Bankın "üzən məzənnə” rejimindən imtina etməsi demək deyil:
"Tənzimləyici qurum az volatilli sabit məzənnə, ucuz pul və aşağı səviyyəli inflyasiyanı qarşıya hədəf qoyub və bunların üçü də eyni dərəcəcə vacibdir. Qurumun valyuta ehtiyatlarının artması isə bankların ona olan borclarını qaytarması ilə bağlıdır. Hazırda AMB valyuta hərraclarında dollar alıb-satmır”, - deyə baş bankir əlavə edib".
Elman Rüstəmov bildirib ki, Mərkəzi Bank pul siyasətinin yumşaldılması haqqında qərar qəbul edib. Bu qərara uyğun olaraq, dövriyyədə olan pul kütləsinin artırılması nəzərdə tutulub:
"Bundan sonra, not hərraclarında daha təmkinli olmağa çalışacağıq. Hərraclar vasitəsilə cəlb etdiyimiz vəsaitlərin bir hissəsini iqtisadiyyata qaytaracağıq və bu yolla iqtisadi aktivliyə kömək edəcəyik. Hazırda banklarda da kifayət qədər vəsait var, lakin kreditləşmə ilə bağlı problem mövcuddur".
Şərhlər