Elman Rüstəmov yaxın adamını qalib etdi – Mərkəzi Bankın şübhəli tenderi

Elman Rüstəmov yaxın adamını qalib etdi – Mərkəzi Bankın şübhəli tenderi

Mərkəzi Bankın istismar olunan әskinasçeşidlәyici sistemlәrin fәaliyyәtini tәmin etmәk üçün qablaşdırma materiallarının satın alınması üzrə elan etdiyi müsabiqənin qalibi bəlli olub. 

Qaynarinfo HİT.Az-a istinadən xəbər verir ki, tenderin qalibi "AABACUS” MMC-dir. Mərkəzi Bank şirkətə gördüyü işin müqabilində 273 878 AZN ödəyəcək. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, "AABACUS” MMC 29 dekabr 2012-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi, ev 5C, mənzil 1-də yerləşir. Şirkətin qanuni təmsilçisi Məsimov Hacıbaba Ramazan oğludur. 

"AABACUS” MMC bank avandanlıqlarının satışı ilə məşğul olan şirkətdir. Şirkətin qanuni təmsilçisi Hacıbaba Mənsimov da bank sektoruna yad  adam deyil. O, Mərkəzin Bankın Nağd pul departamentinin direktoru vəzifəsində çalışıb. Bəzi iddialara görə, Hacıbaba Mənsimov Mərkəzi Bankı rəhbəri Elman Rüstəmova yaxın şəxsdir. "AABACUS” MMC-nin Mərkəzi Bankın tenderlərində qalib gəlməsinin bir səbəbi də budur. 

Yeri gəlmişkən, şirkət ötən il də Mərkəzi Bankla 282 551 manatlıq müqavilə bağlayıb. Həmin müqavilədə Mərkəzi Bankın xəzinə infrastrukturunun fəaliyyətini və əskinasçeşidləyici sistemlərin istismarını təmin etmək üçün tələbata uyğun qablaşdırma materiallarının satın alınması nəzərdə tutulub. 
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR