Ekonomiks 28.01.2022

Elman Rüstəmovdan bir milyardlıq əməliyyat iddiası ilə bağlı açıqlama

"Azərbaycan Mərkəzi Bankı (AMB) Türkiyə Mərkəzi Bankı (TMB) ilə svop razılaşmasına dair danışıqlar aparmır".

Qaynarinfo xəbər verir ki, bunu keçirdiyi mətbuat konfrasında AMB-nin sədri Elman Rüstəmov bildirib.

Xatırladaq ki, xarici mətbuatda yayılan məlumatlara görə, iki qurum 1 milyard avro dəyərində svop sazişi imzalamaq istəyir.

"Bu məlumatı biz də görmüşük. Biz TMB ilə milli valyutada hesablaşma mexanizminin yaradılması ilə bağlı danışıqlar aparırıq, burada bəzi texniki problemləri aradan qaldırmağa çalışırıq", - baş bankir əlavə edib.

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?