Siyasət 18:59 07.12.2022

Elmar Məmmədyarovun vəzifədən çıxardığı şəxs yenidən XİN-ə qayıtmaq istəyir

Azərbaycanda sabiq diplomat sabiq xarici işlər naziri Elmar Məmmədyarovun barəsində verdiyi əmri ləğv edilməsini istəyir. 

Qaynarinfo-nun məlumatına görə, Zaur (şərti) uzun illər Xarici İşlər Nazirliyində çalışıb. 

O, 2018-ci ildə Elmar Məmmədyarovun əmri ilə tutduğu vəzifəsindən azad olunub. 

Zaur məhkəmədən Xarici İşlər Nazirliyinin 07 iyun 2018-ci il tarixli 866 saylı və 29 iyun 2018-ci il tarixli əmrlərinin ləğv edilməsiini, Xarici İşlər Nazirliyində işə bərpa olunmasını, Azərbaycan Respublikasının Ukraynadakı səfirinin üçüncü katibi vəzifəsinə uzunmüddətli ezamiyyə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. 

Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib. Onun iddiasının yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina qərarı verilib.

Qeyd edək ki, hazırda Azərbaycan Respublikasının Ukraynadakı səfirinin üçüncü katibləri Hüseyn Mərcanov və Şamxal İsrafilzadədir.

Əhməd