Siyasət 09:58 11.07.2020

Elşad Musayev də iqtidar-müxalifət görüşlərindən danışdı

"İqtidar-müxalifət arasında düşmən münasibət aradan götürülür".

Bunu Qaynarinfo-ya açıqlamasında Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev Prezident Adminstrasiyasının siyasi partiyalar və qanunverici hakimiyyət ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə arasında keçirilən görüşdın danışarkən deyib. Onun fikrincə, iqtidar-müxalifət arasında keçirilən dialoqun əhəmiyyəti çoxdur:

"Hələlik ilkin addımlar atılır. Əvvəla iqtidar-müxalifət arasında düşmən münasibət aradan götürülür, tərəflər bir-birini dinləmək imkanı qazanır. Mən dünən ölkə həyatı ilə bağlı xeyli problemləri, faktları PA təmsilçisinə birbaşa çatdırdım. Yəni, bir var cəmiyyətdə gərginlik hökm sürür, iqtidar heç kimi dinləmir, problemləri həll etmir. Bir də var öz siyasi rəqiblərini dəvət edib onları dinləyir, problemləri öyrənir və s.".

Qeyd edək ki, iylin 9-da Prezident Adminstrasiyasının siyasi partiyalar və qanunverici hakimiyyət ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev arasında görüş keçirilib.

Bahar Rüstəmli