İngiltərənin "Çelsi" klubu Çempionlar Liqasının qrup mərhələsinin V turunda noyabrın 22-də "Qarabağ"a qarşı keçirəcəyi oyun ərəfəsində təhlükəsizlik tədbirlərinin gücləndirilməsini istəyib.
"Qaynarinfo" xəbər verir ki, bu səbəbdən komandanın bu gün saat 15:00-da start götürəcək məşq prosesinə 150 polis və 20 stüart cəlb olunub.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək matç saat 21:00-da başlayacaq.
Qaynarinfo.Az
Şərhlər