Əməkdar artistdən etiraf: "Ramiz Novruzu sevirdim, amma o başqasını seçdi" (VİDEO)
Bu gün ARB TV-nin "Səhər-səhər” proqramında əməkdar artist Nahidə Orucova maraqlı etiraf edib.
Qaynarinfo xəbər verir ki, aparıcı Elgiz üzünü aktrisaya tutaraq "Mən istəyirəm sizin gənclik sevginiz olan şəxsin oğlunu dəvət edim. Bildiyim qədər indi də sevirsiniz onu” ifadəsini işlədib. Əməkdar artist Elgizin sözlərini təsdiq edib:
"Mən Ramiz Novruzun həyat yoldaşı rolunu oynamışdım. Ancaq dedim, ay Allah, doğrudan da bu həyatda olardı. Heyf, amma o, Xoşavaz xanımı seçdi”.
Aparıcı xalq artisti Ramiz Novruzun oğlu Cavidanı efirə dəvət edib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər