Əməkdar artist Xumar Qədimova paylaşımı onu dilə-dişə salıb.
Qaynarinfo Oxu.Az-a istinadən xəbər verir ki, nazlı-qəmzəli sənətçi şəxsi "İnstagram” hesabında kilsədən foto yayımlayıb.
Şamlar əhatəsində olan Xumar başına ağ-qara zolaqlı şal bağlayaraq, kilsədə dua edib. Məşhurun bu addımı isə izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.
Onlar təəccüb və qəzəblərini müğənniyə sual şəklində ünvanlayıblar:
"Necə yəni, Xumar xristiandır?”, "Xumar, dininizi dəyişmisiz?”, "Xumar, nə üçün kilsəyə getmisiz?”, "Bəlkə yeni klip çəkdirirsiz?”...
Sənətçinin fotosuna 450-dən artıq şərh gəlsə də, Xumar Qədimova "susmaq qızıldır” prinsipinə əməl edərək, məsələyə münasibət bildirməyib.
Şərhlər