Türkiyənin "Fənərbaxça" klubu daha bir futbolçu ilə heyətini gücləndirib.
Emanuel Emenikenin komandaya gətirilməsi üçün "Spartak"la (Moskva) razılıq əldə olunub. Nigerilyalı hücumçunun avqustun 12-ə qədər Türkiyəyə gəlib tibbi müayinədən keçdikdən sonra müqavilə imzalanacağı bildirilib. Bu transfer üçün Moskva təmsilçisinə 13 milyon avro təzminat ödəniləcəyi məlum olub.
Qeyd edək ki, Emenike 2011-ci il mayın 25-də "Fənrəbaxça" ilə dörd illik müqavilə imzalasa da, danışılmış oyunlarda şübhəli bilindiyi üçün bir aydan sonra klubdan ayrılıb və həmin ilin iyulun 28-də "Spartak"a transfer olunub.
Qaynar.info
Şərhlər