Xəbər lenti

Emil Əkbərov: “Ermənistan və havadarları unutmasınlar ki...”
Siyasət 17:24 29.07.2021

Emil Əkbərov: “Ermənistan və havadarları unutmasınlar ki...”

Ermənistanın Kəlbəcər istiqamətində atəşkəsi pozması onun heç bir beynəlxalq qanuna və razılaşmaya əməl etməyən təxribatçı ölkə olmasının sübutudur".

Bunu açıqlamasında "BİG Media" MMC-nin direktoru Emil Əkbərov bildirib. 

Emil Əkbərov qeyd edib ki, Ermənistan rəhbərliyi bu təxribatları erməni xalqının gözündən pərdə asmağa çalışır: 

"44 günlük Vətən müharibəsində biabırçı məğlubiyyətə uğrayan Ermənistan bu gün böhran içindədir. Ermənistan xalqı artıq rəhbər şəxslərin uydurmalarına inanmır. Heç kəsə sirr deyil ki, 30 il ərzində Ermənistanda hakimiyyətdə olan şəxslər Qarabağ kartından istifadə edib, xalqı istədikləri şəkildə idarə etməyə çalışırlar. Keçən ilin sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi ilə ərazi bütövlüyümüzü bərpa etdikdən sonra bu kart da əllərindən çıxıb. Son günlər Kəlbəcər və bir neçə istiqamətdə atəşkəsin pozulması Azərbaycanın qəhrəman oğullarının qısa müddət ərzində darmadağın etdiyi Ermənistan ordusunun son çırpınışlarıdır. Ermənistanın bu təxribatları da digərləri kimi yenə də nəticəsiz qalacaq. Azərbaycan ordusu hər zaman ayıq-sayıqlığını qoruyaraq, Ermənistanın bütün təxribatlarına layiqli cavab verir və onları itki verərək geri çəkilməyə məcbur edir. Düşməni döyüş meydanında ağır məğlubiyyətə uğradan Azərbaycan ordusu qısa müddətli müharibədə əldə etdiyi qalibiyyətlə adını tarixə qızıl həriflərlə yazdırdı. Əlbəttə Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm qələbə Ali Baş Konmandan İlham Əliyevin uzaqgörən siyasəti, dəmir iradəsi və ordu quruculuğu sahəsində gördüyü işlərin nəticəsindədir. Bundan əlavə, tarixi qələbənin əldə edilməsində xalqımızın həmrəyliyi, Ali Baş Komandanın ətrafında sıx birləşən insanlarımızın inamı və Azərbaycan ordusunun məğlubedilməzliyi, hünəri və qətiyyəti də mühüm rol oynadı. Vətən müharibəsində əldə etdiyimiz böyük naliyyət milli kimliyimizi, birliyimizi, gücümüzü və əzmimizi bütün dünyaya nümayiş etdirdi. Artıq dünya, liderimiz və xalqımız arasında necə möhkəm və sarsılmaz inamın olduğunun şahidi oldu. Qələbə ruhumuz müzəffər Azərbaycan Ordusunun gücü, dünyaya səs salan qətiyyəti heç zaman unudulmayacaq və gələcək nəsillərə ötürüləcək". 

Emil Əkbərov vurğulayıb ki, əlində Ermənistanın son günlər törətdiyi təxribatlarının əsas məqsədi Zəngəzur dəhlizin açılmasına mane olmaqdır: 

"Ermənistan hər zaman regionda sülhün və əmin-amanlığın təmin edilməsinə maneə olub. Təəssüf ki, Ermənistan hələ də 44 günlük Vətən müharibəsindəki biabırçı məğlubiyyətindən dərs götürməyib və yenə də təxribatçı addımlarını davam etdirir. Əslində, dünən cənab prezident İlham Əliyevin Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi ilə bağlı tədbirlər haqqında imzaladığı sərəncam Ermənistanın təxribatlarının bizi heç bir zaman yolumuzdan döndərməyəcəyinin sübutudur. Ermənistan və havadarları unutmasınlar ki, 44 günlük müharibədə düşmənin başını əzən dəmir yumuruq hələ də yerindədir. Kəlbəcər və müxtəlif istiqaqmətlərdə törədilən təxribatlar davam edərsə, Ermənistan dəmir yumruğu yenidən öz başından hiss edəcək və onun bir dövlət kimi mövcudluğu şübhə altına düşəcək".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->