İdman 10:11 20.08.2013

Çempionlar Liqasında pley-off həyacanı

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına start veriləcək.

Qol.Az-ın məlumatına görə, ilk oyun günündə beş qarşılaşma baş tutacaq.

“Şaxtyor” “Seltik”i, Lion “Real Soseydad”ı, “Pakos de Fereyra” “Zenit”i, PSV “Milan”ı, “Viktoria” isə “Maribor”u qəbul edəcək.

Həmçinin ikinci oyun günündə də beş matç nəzərdə tutulub. Azərbaycanlı azarkeşlərin maraqla gözlədiyi "Fənərbaxça" - "Arsenal" oyunu da sabah keçiriləcək.

Qeyd edək ki komandalar arasında cavab oyunları avqustun 27 və 28-də baş tutacaq.

Çempionlar Liqası, pley-off mərhələsi, ilk oyunlar

20 avqust
 
20:00. "Şaxtyor" (Karaqandi, Qazaxıstan) –"Seltik" (Şotlandiya)

23:45. PSV (Hollandiya) – "Milan" (İtaliya)

23:45. "Pakos de Fereyra" (Portuqaliya) – "Zenit" (Rusiya)

23:45. "Lion" (Fransa) - "Real Sosyedad" (İspaniya)

23:45. "Viktoriya" (Çexiya) – "Maribor" (Sloveniya)
 
21 avqust

23:45. Şalke" (Almaniya) – PAOK (Yunanıstan)

23:45. "Fənərbaxça" (Türkiyə) – "Arsenal" (İngiltərə)

23:45. "Dinamo" (Zaqreb, Xorvatiya) – "Avstriya" (Avstriya)

23:45. "Ludogorets" (Bolqarıstan) – "Bazel" (İsveçrə)

23:45. "Styaua" (Rumıniya) – "Legia" (Polşa)

Qaynar.info