Xəbər lenti

Ən maraqlı 1 Aprel zarafatları (FOTOLAR)
Dünya 13:36 01.04.2018

Ən maraqlı 1 Aprel zarafatları (FOTOLAR)

1 aprel ümumdünya gülüş günüdür. Adi günlərdə edəcəyiniz bəzi zarafatlar sevdiklərinizə qorxunc gəlsə də, həmin zarafatları bu gün üçün məqbul hesab etmək olar.

Qaynarinfo ən maraqlı 1 aprel zarafatlarını sizlərə təqdim edir:

Tualetdə birinin olduğuna inandırmaq

Bu zarafatla tualetə tələsən insanı saatlarla gözlədə bilərsiniz. Sadə və effektiv...

Səsli tualet kağızı

Bu zarafatı ürəyi zəif olan birinə etmək heç də məsləhətli deyil. Tualetin divarına hava siqnalı quraşdırın. İçəridə olan adam kağızı dartdığı zaman güclü səs çıxacaq ki, bu, onu qorxudacaq, sizi isə güldürəcək.

Qırılmış ekran

Google-dan qırılmış ekran fotosu tapıb dostunuzun kompüterinin ekran qoruyucusu edin. Lakin bunu 30 və ya uzun müddətdən sonra aktivləşmə rejiminə qoyun. Foto birdən-birə qarşısına çıxanda qorxuya düşəcək. Siz isə kənardan baxıb, doyunca gülə bilərsiniz.

Klaviaturada bağ salmaq


Dostunuzun kompüterinin klaviaturasında ot bitirmək də maraqlı zarafatlardandır. Bunun üçün sizə tualet kağızı, bir az su, bir qədər də toxum lazım olacaq.
 
Gecə lampasında böcəklər

Gecə lampasının içərisinə oyuncaq böcəklər yerləşdirə bilərsiniz. İşığı ilk yandıran şəxs bu zarafatınızdan çox qorxacaq və nə olduğunu anlamadan qışqırmağa başlayacaq. Amma bunun zarafat olduğunu öyrəndiyi zaman çalışın bir qədər ondan uzaqda olasınız.

Əsəb pozucu zarafat

Kompüterlərlə bağlı zarafatlar çoxdur. Onlardan biri də mışkanın lazer hissəsinə kağız yapışdırmaqdır. Bu zaman mışka ya işləməyəcək, ya da çox ağır şəkildə çalışaraq kompüter arxasında əyləşən şəxsi özündən çıxaracaq. Əsəb pozan zarafatdı, amma bu gün etməyinə dəyər.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->