Xəbər lenti

Latviyalı general: Rusiyanın NATO-ya hücum üçün 2030-a qədər vaxtı var
Dünya 11:00 02.05.2026

Latviyalı general: Rusiyanın NATO-ya hücum üçün 2030-a qədər vaxtı var

Latviya Silahlı Qüvvələrinin baş komandanı, general-mayor Kaspars Pudansın sözlərinə görə, Ukraynada döyüşlər dayansa belə, Rusiyanın yeni genişmiqyaslı müharibəyə hazırlaşması yalnız zaman məsələsidir. 

Qaynarinfo xəbər verir ki, bu barədə o, DW-yə müsahibəsində danışıb.

Pudans bildirib ki, xüsusilə Rusiyanın şimalında yeni hərbi obyektlərin tikintisi müşahidə olunur və Kreml, ehtimal ki, müharibədən qayıdacaq hərbçilərin yarada biləcəyi problemlərdən yayınmaq istəyir.

"Beləliklə, ən ehtimal olunan ssenari qüvvələrin bizim şərq sərhədlərinə yönləndirilməsidir. Əgər Kremlində otursaydım, deyərdim ki, mənim imkan pəncərəmin açıq olduğu dövr 2027–2029-cu illərdir. NATO hələ tam hazır deyil. Çünki 2030-dan sonra bu pəncərə bağlana bilər: Rusiya güclənəcək, amma eyni zamanda Avropa və NATO da güclənəcək", deyə deyə o bildirib.

Baş komandan Rusiyanın Latviya sərhədlərində aktivliyinə də toxunaraq müşahidə, miqrant təzyiqi, həmçinin təxribat və qorxutma cəhdlərini qeyd edib.

Onun sözlərinə görə, bu addımlar Rusiyanın zəifliyini göstərir: "Onlar daha böyük imkanlara malik deyillər və buna görə bu cür üsullara əl atırlar. Eyni zamanda bu, sürpriz effektini də azaldır. Hər belə addım bizi daha güclü edir, prosedurları yenidən nəzərdən keçirməyə və dayanıqlılığı artırmağa məcbur edir".

O əlavə edib ki, Ukraynanın 13 ildir davam edən mübarizəsi, xüsusilə son dörd ildə, Latviya da daxil olmaqla NATO ölkələrinin hərbi xərclərə və innovasiyalara yanaşmasını dəyişib. Pudans gələcəkdə dronlar və avtonom sistemlərin döyüş meydanında daha geniş istifadə olunacağını, bunun həm Ukrayna üçün vacib olduğunu, həm də gələcək hərbi strategiyaların əsas hissəsinə çevriləcəyini vurğulayıb.

Almaniyanın Müdafiə Nazirliyinin keçmiş aparat rəhbəri Niko Lanke isə bildirib ki, Baltik ölkələrinə hücum halında Ukrayna ümumi müdafiə sisteminin bir hissəsinə çevrilə bilər və bu, Rusiyanın aqressiyasını çəkindirə bilər.

Aydın

--> -->