Dünya 17:11 07.11.2017

Ərdoğan: "Ağıllılar vaxtında ölkədən getdi, ağılsızlar isə tələyə düşdü"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı FETÖ terror təşkilatına qarşı aparılan əməliyyatlar barədə danışıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Ərdoğan "Türkiyə 15 iyul çevriliş cəhdi zamanı bu təşkilatın xəyanətini gördü. Biz boş yerə "Uşaqlarınızı onların məktəbindən çıxardın, pulunuzu onların bankına qoymayın" demədik. Evini, maşınını satıb onların bankına yatıranlar indi "Bilərək etmədik" deyir, amma hamısını bilə-bilə etdilər. İndi günahsız olduqlarını deyirlər. Ağlı olanlar vaxtında Türkiyəni tərk edib getdi, ağılsızlar isə tələyə düşdü" fikirlərini səsləndirib.

Prezidentin sözləri bəzi şəxslər tərəfindən birmənalı qarşılanmayıb. 

Gülşən
Qaynarinfo.Az