Xəbər lenti

Ərdoğan İdlibdə baş verənləri
Dünya 16:24 21.02.2020

Ərdoğan İdlibdə baş verənləri "genişmiqyaslı müharibə" adlandırdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa prezidenti Emmanuel Makron və Almaniya Baş naziri Angela Merkel ilə üçlü telefon görüşməsi reallaşdırıb.

Qaynarinfo xəbər verir ki, Ərdoğan tele-görüşdə Almaniyanın Hanau bölgəsindəki irqçi hücumda həyatını itirənlərə başsağlığı verərək yaralılara şəfa diləyib, baş verən qanlı olayı ksenofobiya, ayrıseçkilik və İslam qarşı hücum kimi lənətlədiyini deyib. 

"Genişmiqyaslı müharibə davam edir", - deyən Türkiyə prezidenti Suriya rejimi və tərəfdarlarının İdlibdəki təcavüzünün dayandırılması gərəkdiyini bildirib, insani böhranın qarşısını almaq üçün konkret hərəkətlərlə güclü dəstək verilməli olduğunu vurğulayıb.
 

O qeyd edib ki, toqquşmalarda Türk əsgərləri həlak olub və Suriya hökumət qüvvələri cavab atəşiylə susdurulub.


Ərdoğan Liviya xalqının sülh, firavanlıq və sabitliyi təmin etmək üçün əzmli siyasət apararaq daim birlikdə çalışmalı olduqlarını liderlərə çatdırıb.
 
Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->