Siyasət 12:50 10.07.2018

Rəcəb Tayyib Ərdoğan Bakıya gəldi (YENİLƏNİB)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib.

Qaynarinfo xəbər verir ki, Heydər Əliyev Hava limanında onu Azərbaycan baş nazirinin birinci müavini n, xarici işlər nazirinin müavini n, Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim, Türkiyənin Bakıdakı səfiri Erkan Özoral və başqa rəsmilər qarşılayıblar.

***10.21 
 
Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Bakıya səfər edəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə prezident administrasiyasının mətbuat xidməti məlumat yayıb. Ərdoğan Azərbaycan səfərinin ardından Şimali Kipr-ə gedəcək.

Səfər çərçivəsində Ərdoğanla İlham Əliyev arasında ikitərəfli və heyətlərarası görüş baş tutacaq. Görüşdə iki ölkə arasındakı əlaqələr və iş sahəsində əməkdaşlığın daha da artırılması, bölgə və beynəlxalq müstəvidəki məsələlərin müzakirə edilməsi proqnozlaşdırılır.