Video 16:13 16.06.2021

Ərdoğa Milli Məclisdə çıxış etdi (VİDEO/YENİLƏNİB)

Rəcəb Tayyib Ərdoğan Azərbaycan Milli Məclisinin iclasına qatılıb.

Qaynarinfo xəbər verir ki, Türkiyə prezidenti iclasda çıxış edib.

Qeyd edək ki, Ərdoğan iyunun 15-dən Azərbaycanda rəsmi səfərdədir. O, dünən Azərbaycan Prezidenti İlham Əliyevlə Şuşada görüşüb. İki ölkə başçıları müttəfiqlik haqqında Şuşa bəyannaməsi imzalayıblar.
 
15:43

Bu gün Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının xüsusi iclası keçiriləcək.

Qaynarinfo xəbər verir ki, toplantıda iştirak etmək üçün Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisə gəlib.

Türkiyə Prezidenti iclasda deputatların önündə çıxış edəcək.
 
09:22

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycan Milli Məclisinin iclasına qatılacaq.

Qaynarinfo xəbər verir ki, Türkiyə lideri iclasda çıxış edəcək.

Qeyd edək ki, Ərdoğan iyunun 15-dən Azərbaycanda rəsmi səfərdədir. dünən o, Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Şuşa şəhərində olub.