Dünya 10:40 02.12.2021

Ərdoğan Maliyyə nazirini azad etdi, yeni təyinat oldu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan respublikanın Xəzinə və Maliyyə nazirini dəyişib. 

Qaynarinfo xəbər verir ki, bu barədə fərman rəsmi "Resmi Gazete” nəşrində dərc olunub.

Qeyd olunur ki, tutduğu vəzifədən azad edilən Lütfi Əlvanın yerinə Nurəddin Nəbati təyin edilib.

Əlvan 2020-ci ilin noyabrında əvvəllər bu vəzifədə çalışan Ərdoğanın kürəkəni Berat Albayrakın istefasından sonra Türkiyənin Maliyyə Nazirliyinin rəhbəri vəzifəsinə təyin edilib. 2015-2016-cı illərdə Əlvan Türkiyə baş nazirinin müavini olub.

Nəbati siyasi elmlər doktorudur, tekstil sektorunda bizneslə məşğul olub, nazir təyin olunmazdan əvvəl Maliyyə Nazirliyinin rəis müavini vəzifəsində çalışıb, uçot dərəcəsinin aşağı salınması siyasətini davam etdirmək əzmində olduğunu bildirib.

Dekabrın ortalarında Türkiyə Mərkəzi Bankının uçot dərəcəsini yeni endirməsi gözlənildiyi üçün Türkiyə valyutasının çərşənbə günü məzənnəsi yenidən ucuzlaşıb. Lirə növbəti dəfə tarixi minimumunu yeniləyib - 1 dollar üçün 13,71. Bundan sonra Türkiyə Mərkəzi Bankı birbaşa valyuta intervensiyaları həyata keçirdiyini açıqlayıb. Türkiyə valyutası bir il ərzində demək olar ki, 40% ucuzlaşıb.
 
Alpər