Ölkə 11:35 03.09.2018

Ərdoğan Qarabağdan danışdı

Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir.

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Sammitində çıxışı zamanı deyib.

"Türk dünyası olaraq, sülh və əmin-amanlıq baxımından bu məsələyə diqqət göstərməliyik. Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması üçün əlimizdən gələni edəcəyik”, - prezident vurğulayıb.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev də bu sammitdə iştirak edir.