"Türkiyə ilə ABŞ arasındakı razılaşmaya əsasən, 120 saatlıq atəşkəs elan olunub, lakin qarşı tərəf buna əməl etmir”.
APA-nın CNN TÜRK-ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kayseridə çıxışı zamanı deyib.
"Biz 120 saat müddətində hərbi əməliyyatları dayandırmağa razı olduq, məqsədimizi açıq bildirdik. 120 saat bitən dəqiqədə razılaşmamız pozulacaqsa, "Barış bulağı" qaldığı yerdən davam edəcək. Dünən ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı da bunu dedim”, - deyə Türkiyə Prezidenti bildirib.
Ərdoğan qeyd edib ki, 22 oktyabrda Soçidə Rusiya Prezidenti Vladimir Putinlə Suriya məsələsini müzakirə edəcək.
Şərhlər