Foto 10:52 08.01.2019

Ərdoğanı sarsıdan ölüm xəbəri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana ağır itki üz verib.

Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, dövlət başçısının 83 yaşlı dayısı Əli Mutlu müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Əli Mutlu Ərdoğanın həyatda olan son dayısı idi. O, Rizədə dəfn olunacaq. Cənazə mərasiminə Türkiyə prezidentinin də qatılacağı gözlənilir.