Ərdoğanın bu bəyanatı Azərbaycanla İran arasında özünəməxsus vasitəçilikdir (ŞƏRH)

Ərdoğanın bu bəyanatı Azərbaycanla İran arasında özünəməxsus vasitəçilikdir (ŞƏRH)

"Rəcəb Tayyib Ərdoğan bu bəyanatı ilə Azərbaycanla İran arasında özünəməxsus vasitəçilik etdi, daha doğrusu İranı qonşularla əməkdaşlığa çağırdı”.
  
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Sədrəddin Soltan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Arzumuz odur ki, İran da sağlam düşüncə ilə hərəkət edəcək. Əgər belə olarsa, İran və Azərbaycan arasında heç bir problem olmaz" fikirlərini şərh edərkən deyib.
 
Politoloq bildirib ki, Ərdoğanın bu fikirlərini İranın qonşularla xoş rəftar etmək çağırışı kimi də qiymətləndirmək olar:

"Bəyan elədi ki, Azərbaycan İsraillə hansı məsafədədirsə, İranla da o məsafədədir. İsrail Azəraycana göstərdiyi münasibəti İran da Azərbaycan göstərməlidir. Bunu Rəcəb Tayyib Ərdoğan tərəfindən İranın qonşularla xoş rəftar etmək çağırışı kimi də qiymətləndirmək olar. Yaxud da bu, İranın qonşulara qarşı davranışında daha səmimi və daha realist olmağa çağırışdır”.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan səfərdən qayıdarkən jurnalistlərin suallarını cavablandırarkən İranla Azərbaycan arasında münasibətlərə də toxunub.

Bahar Rüstəmli
XƏBƏRLƏR
BLOGLAR
X