Video 11:35 04.11.2019

Ərdoğanın vəd verdiyi müjdə: Tekoşer Zagros belə məhv edildi (VİDEO)

"Tekoşer Zagros" kod adlı Müsluh İke adlı yüksək ranqlı PKK üzvü MİT və Türk Silahlı Qüvvələrinin İraqın şimalındakı Metina bölgəsində keçirdiyi ortaq əməliyyat nəticəsində məhv edilib.

Qaynarinfo xəbər verir ki, bu haqda mediaya təhlükəsizlik qaynaqlarından məlumat verilib.

İkenin 90-cı illərdə təşkilata qatıldığı, eləcə də Şəmdinli və Çukurcada təşkil edilən bir çox terror aktlarının təşəbbüskarı olduğu müəyyən edilib.

Sözdə Hakurk bölgəsi üzrə məsul Abbas kod adlı Duran Qalxandan təlim aldıqdan sonra "sözdə Metina üzrə məsul” şəxs təyin edilən "Tekoşer Zagros" kod adlı Müsluh İkenin adı terrordan axtarışda olanlar üzrə qırmızı siyahıya salınıb. 

Xatırladaq ki, Prezident Ərdoğan partiyasının Parlament qrup yığıncağında demişdi:

"Bəzi ölkələr milli təhlükəsizliyinə təhdid  edən terrorçuları harada tapsalar, məhv edirlər. Elə isə demək, Türkiyənin də eyni haqqa sahib olduğunu qəbul edirlər. Buraya əllərini sıxdıqları və şəninə təriflər yağdırdıqları terrorçular da daxildir. Ümid edirəm, bu yaxınlarda millətimizə müjdə verə biləcəyik”.