Ərəstun Oruclu: “Türkiyədə yanğının bir gündə 100-dən artıq yerdə baş verməsi...”

Ərəstun Oruclu: “Türkiyədə yanğının bir gündə 100-dən artıq yerdə baş verməsi...”

"Türkiyədə baş verən yanğınla bağlı birmənalı fikir söyləmək çətindir”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Ərəstun Oruclu Türkiyədə baş verən yanğınların pərdəarxası məqamlarına aydınlıq gətirərkən deyib. Politoloq baş verən hadisələrdə iki məqamın diqqət çəkdiyini bildirib:

"Birincisi, yanğınlar təsadüfü də ola bilər. Bir çox ölkələrdə müntəzəm olan hadisələrdir. Məsələn, ABŞ-da, xüsusi ilə Koliforniya ştatında belə yanğınlar hər il olur və orada ağır itkilər, o cümlədən də insan itkiləri olur. Hər dəfə də görünür ki, ABŞ-ın yanğınsöndürmə və xilasetmə xidmətləri meşə yanğınlarının söndürməsində heç də yüksək səviyyədə görünmürlər. Digər tərəfdən Türkiyədə bu yanğının eyni gündə 100-dən artıq ərazidə baş verməsi artıq müyyən şübhələr doğurur”.
 
 

Politoloq hesab edir ki, burada hər iki ehtimalın mövcudluğu  mümkündür:

"Yəni, yanğın həm təsadüfi ola bilər, istisna da olunmur ki, qəsdən törədilmiş yanğınlar olsun. Hər bir halda bunun tədqiqatı getməlidir. Və yalnız ortaya sübutlar qoyulduqda tam əminliklə demək olar ki, bu təxribatdır. Müəyyən geosiyasi və daxili siyasi məqamlar Türkiyədə bu yanğınların məqsədli törədilmiş yanğınlar olmasına işarə edir. Amma yenə deyirəm ki, belə bir şeyi iddia etmək üçün ortada sübut olmalıdır. Hələlik müəyyən məlumatlar var ki, onlar da yarımçıqdır. Yandıranlar həbs edilib, onların PKK-ya aid olduğu deyilir, lakin bu haqda yalnız fakt olsa, danışmaq mümkündür”.

Ərəstun Oruclu onu da əlavə edib ki, yanğını törətmiş şəxslər tapılıb, üzə çıxarılarsa, iddia eləmək olar ki, bu, məqsədli təxribatdır. 

Bahar Rüstəmli
XƏBƏRLƏR
BLOGLAR
X