İdman 17:29 17.06.2021

Eriksen ürək əməliyyatı keçirəcək

Danimarka millisinin futbolçusu Kristian Eriksen əməliyyat olunacaq.

29 yaşlı yarımmüdafiəçinin ürəyinə implant kardioverter-defibrilyator yerləşdiriləcək. Bu cihaz ürəyin qəfil dayanmasının qarşısını alır.

Xatırladaq ki, Avro-2020-nin B qrupunda iyunun 12-də keçirilən Danimarka – Finlandiya oyununun gedişində Kristien Eriksenin səhhətində ciddi problem yaranmış, futbolçu ilkin tibbi yardımdan sonra birbaşa xəstəxanaya təxliyyə olunmuşdu. /"Qafqazinfo”