Xəbər lenti

Ermənilərin Musadağdan Lələtəpəyə qədər uzanan “soyqırım” xəstəliyi
Siyasət 00:00 24.04.2016

Ermənilərin Musadağdan Lələtəpəyə qədər uzanan “soyqırım” xəstəliyi

Lələtəpədən sonra qorxuya düşmüş ermənilərdə periodik “soyqırım” xəstəliyi başlayıb.

Aprelin ilk günlərində Azərbaycan ordusunun gerçəkləşdirməyə məcbur olduğu əks-hücumla Lələtəpə yüksəkliyini və bir neçə strateci mövqeni işğalçı Ermənistan ordusunun əlindən alması ermənilərin arasında “ikinci soyqırım” qorxusu yaradıb.

ANS PRESS-in məlumatına görə, bu barədə həm Ermənistanın rəsmi şəxsləri, həm müxalifət təmsilçiləri, həm də diaspora nümayəndələri danışmağa başlayıblar. İlk dillənən İrəvanda uydurma erməni soyqırımı ilə bağlı rəsmi səviyyədə yaradılmış muzey-institutun direktoru Hayk Demoyan olub. Aprelin 22-də İrəvanda mətbuat konfransı keçirmiş Hayk Demoyan iddia edib ki, “Ermənistan mütləq beynəlxalq institutlara bəri başdan xəbər verməlidir, yoxsa Azərbaycan ermənilərə qarşı ikinci soyqırımı həyata keçirəcək”.

"Bu, oyun deyil. Onlar hətta bizim nəslimizi kəsmək istəyirlər, bunun adı soyqırımdır, onların məqsədi budur”.

Lələtəpədə və başqa strateci yüksəkliklərdə baş vermiş dördgünlük təmas xətti döyüşü Ermənistan müxalifətinin təmsilçisi, keçmiş deputat və keçmiş siyasi məhbus Azat Arşakyanı da qorxuya salıb. Ermənistanın “Lragir” portalına müsahibə vermiş Azat Arşakyan türklərin (azərbaycanlıların - red.) erməni dövlətinin mövcudluğu ilə barışmadıqlarını bildirib: “Qarabağ olmasaydı, bu, Zəngəzur, Eçmiadzin olacaqdı. Bizim əsas vəzifəmiz müdafiə olunmaq, peşəkar əks hücumlar etmək, müqavimət göstərməkdir. Bu, oyun deyil. Onlar hətta bizim nəslimizi kəsmək istəyirlər, bunun adı soyqırımdır, onların məqsədi budur”.

Buna oxşar fikirləri ABŞ-dakı erməni diasporunun təmsilçisi, Nyu-Yorkdakı Karneqi korporasiyasının prezidenti Vardan Qriqoryan da səsləndirib. 

Göründüyü kimi, Lələtəpə məğlubiyyəti Ermənistanda ciddi qorxu yaradıb. Həm də aprel ayında ermənilər arasında tibb aləmində "erməni xəstəliyi" kimi tanınan irsi xəstəliyin tutmaları həddindən çox təzahür etməyə başlayıb. Düzdür, Ermənistanın «News.am» portalı bunu 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş və ermənilərin ciddi-cəhdlə soyqırım kimi təqdim etməyə çalışdığı erməni-müsəlman toquşması ilə əlaqələndirməyə çalışırlar. Portala müsahibə verən ara həkimi Armen Nersesyan iddia edib ki, bu xəstəlik ermənilər arasında məhz 1915-ci il hadisələrindən sonra yaranıb. «News.am» portalı ara həkimin bu iddiasından sonra bu qənaətə gəlib ki, əgər 1915-ci ildə baş vermiş hadisələr soyqırım kimi tanınsa, əsasən ermənilərdə müşahidə edilən bu xəstəlik də tarixə qovuşacaq.

Amma tibb elmi başqa adı «İrəvan xəstəliyi» olan bu xəstəliyin 16 və 19-cu xromosomlarda baş vermiş mutasiya nəticəsində yaranıb, yəni irsidir. Amma Armen Nersesyanın dediyi bəzi sözlər doğrudur - xəstəliyin tutmaları ermənilərdə əsasən 22-24 aprel günlərində daha çox özünü göstərir. Tibb elmi bunu coğrafi amillərlə və mentalitetlə əlaqələndirir. Nersesyanın dediyinə görə, "erməni xəstəliyi"nin tutmasına bir neçə gün qalmış ermənilərin əhvalı pisləşir və onlarda qorxu hissi, həyəcan yaranır, iştah pozulur. Daha sonra bu simptomlar fiziki səviyyəyə keçir və insan dəhşətli ağrı hiss edir.

"Erməni xəstəliyinin tutmasına bir neçə gün qalmış ermənilərin əhvalı pisləşir və onlarda qorxu hissi, həyəcan yaranır, iştah pozulur".
Belə çıxır ki, ermənilərin soyqırım kimi qələmə vermək istədikləri 1915-ci il hadisələri də  məhz erməni xəstəliyinin təsiri altında baş verib. Ola bilər ki, məhz ermənilər onları sarmış qorxu hissinin təsiri altında aprelin 19-da Vanda üsyan qaldıraraq vilayətdə yaşayan müsəlmanların 62%-ni qətlə yetiriblər. Həmin günlərdə Bitlis müsəlmanlarınnın 42%-ni, Ərzurum müsəlmanlarının 31%-ni və Diyarbəkir müsəlmanlarının 26%-ni qətlə yetirmişdilər.

Ermənilər həm türkləri, həm də kürdləri öldürürdülər. Onlara bu işdə 1915-ci il mayın 17-ə Van şəhərini ələ keçirmiş Rusiya ordusu da dəstək verirdi. Orduda əsas qüvvə Qafqaz xristianları, xüsusilə də ermənilər idi. Avqustda Osmanlı ordusu şəhəri yenidən geri almışdı, yəqin bir gecədə 12 min müsəlmanı qətlə yetirmiş Van erməniləri «erməni xəstəliyi»ndən doğan həmin qorxunun təsiri altında vilayəti tərk edərək Rusiya imperiyasına, konkret olaraq indiki Ermənistana, Gürcüstana və Azərbaycana qaçmışdılar. Eyni addımı çox müsəlmanı qətl etmiş Ərzurum erməniləri də atmışdılar. 

İndiki Türkiyənin cənubunda yerləşən şəhərlərdə isə ermənilər törətdikləri cinayətlərə görə cəzalanmaqdan qorxaraq Osmanlı torpaqlarına hücum eləmiş Fransa və Britaniya qoşunlarının nəzarət etdiyi torpaqlara qaçmışdılar. Məsələ beləcə bitmişdi, Osmanlının xarabalıqları üzərində qurulmuş Türkiyə ərazisində qalan ermənilərdən müsəlmanları qətlə yetirmiş ermənilə görə intiqam almamışdı. Ermənilər hələ də Türkiyənin iş həyatında önəmli mövqelərə sahibdirlər. Məsələn, İstanbulun zərgərlik sənayesinə ermənilər nəzarət edir. Ölkənin ən varlı ailələri sırasında da ermənilər var.

Əvvəllər ermənilərin bu hadisələri soyqırım kimi təqdim etmək kimi bir planları yox idi, bunun üçün əllərində bir əsas da yox idi. Bu fikrə İkinci Dünya müharibəsindən sonra düşdülər. Almaniyada Hitler tərəfindən qətlə yetirilmiş 6 milyona yaxın yəhudiyə görə Holokostun soyqırım kimi qəbul edilməsindən və İsrailin yaradılmasından sonra ermənilər də 1915-ci ildə Osmanlıda baş vermiş hadisələri soyqırım kimi tanıtmağa çalışdılar.

Əllərində dəlil olmadığı üçün 1932-ci ildə avstriyalı yəhudi Frans Veberin yazdığı «Musa dağın qırx günü» romanına istinad etməyə başladılar. Romanda Türkiyənin Hətay vilayətindəki Musadağın ətəyində yerləşən 6 kəndin əhalisinin Osmanlı ordusuna qarşı  40 gün mübarizə aparmasından bəhs edilir. Hadisə Van üsyanını ilə eyni vaxtda 1915-ci ilin aprel ayında baş verib. Romana görə, toqquşmada 200-ə yaxın Osmanlı əsgərini qətlə yetirmiş 600 silahlı erməni kənddən qaçaraq Osmanlı torpaqlarına girmiş Fransa ordusuna qoşulub.

Frans Veber Dəməşqdə yaxın dostu erməni keşişin dediklərinə inanaraq yazdığı romandakı əhvalatların yanlış olduğunu sonradan anlayır. Məsələ sadə imiş. Ermənilər işğalçı Fransa ordusuna dəsətk vermək üçün Aralıq dənizi sahillərində keşik çəkən Osmanlı əsgərlərinə hücum ediblər, böyük ehtimalla 8 əsgəri öldürüblər, çünki əllərinə qənimət kimi cəmi 8 silah keçib. Sonra qaçıb fransızların işğalı altında olan zonaya yerləşiblər. Hadisədən 50 il keçəndən sonra, yəni 1960-cı illərdə bunun soyqırım olduğunu iddia etməyə başalyıblar.

Oxşar proses indi də baş verir. Qarabağda silahsız Azərbaycan kəndlərinə hücum edərək yandırmış, əhalisinə qarşı soyqırım həyata keçirmiş ermənilər nədənsə Ermənistanı da qoyub qaçmaqdadırlar. 1992-ci ildə 3,5 milyon əhalisi olan respublikada indi cəmi 1,4 milyon adam qalıb. Bu gedişlə, yaxın 10-15 ildə Ermənistanda erməni qalmayacaq.

Qorxulu budur ki, aradan bir 20-30 il keçəndən sonra ermənilər Azərbaycana qarşı da soyqırım iddiası qaldıra bilərlər. Məsələn, uydura bilərlər ki, azərbaycanlılar 1990-cı illərdə Ermənistanda yaşayan 3,5 milyon erməninin 2 milyonunu qətlə yetiriblər. Millət olaraq, indidən onların bu şər-xatasına hazır olmalıyıq və gələcək məhkəmələrdə uğur qazanmaq üçün bütün dəlilləri indidən yığmalıyıq.

Qaynarinfo.az

 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->