İdman 21:04 21.11.2019

Ermənistan Futbol Federasiyasının prezidenti istefa verdi

Ermənistan Futbol Federasiyasının (FFA) prezidenti Artur Vanetsyan istefa verib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında məlumat verib.

FFA-nın İcraiyyə Komitəsinin üzvü Ruben Rubinyan federasiya prezidentinin istefasının qəbul olunduğunu söyləyib.

Onun istefasına AVRO-2020-nin seçmə mərhələsində İtaliyaya 1:9 hesabı ilə uduzmaları səbəb olub.

Qeyd edək ki, dekabrın 23-də FFA-nın iclası keçiriləcək, qurumun prezidenti və yeni İcraiyyə Komitəsi seçiləcək. Seçkilərə kimi Armen Melikbekyan idarəetmə məsələlərinə cavabdeh olacaq.