Ermənistanın Armavir vilayətində baş verən yol qəzası nəticəsində 1 hərbçi ölüb, 3 nəfər yaralanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Novosti Armeniya” məlumat yayıb.
Xəbərə görə, Armavir-Qaraburun (indi Karakert adlanır) avtomobil yolunda "Mersedes” və "QAZ-3110” markalı avtombillər toqquşub.
Qəza nəticəsində ölən çavuş Ermənistanın ordusunun hərbi hissələrindən birində xidmət edirmiş.
Faktla bağlı cinayət işi başlayıb.
Şərhlər