Ermənistan Təhlükəsizlik Xidməti keçmiş yüksək vəzifəli məmura cinayət işi qaldırdı (FOTO)

Ermənistan Təhlükəsizlik Xidməti keçmiş yüksək vəzifəli məmura cinayət işi qaldırdı (FOTO)

Ermənistan Milli Təhlükəsizlik Xidmətində yüksək vəzifə daşımış sabiq məmura cinayət işi açılıb.

Qaynarinfo Ermənistan KİV-ə istinadən xəbər verir ki, Araqatsotn vilayətinin keçmiş qubernatoru Sarkis Saakyana xüsusi xidmət orqanları tərəfindən cinayət işi qaldırılıb. O, dövlətə məxsus pul vəsaitlərini mənimsəməkdə günahlandırılır.

İstintaq sabiq qubernatorun qardaşı və icma rəhbəri ilə birgə yol tikintisindən külli miqdarda vəsaiti mənimsədiyini elan edib. Belə ki, yol keçəcəyi üçün plana düşməsi əvvəlcədən bəlli olan tikili və əraziləri özəlləşdiriblər. Daha sonra isə yüksək miqdarda kompensasiya məbləği rəsmiləşdirilərək mənimsənilib. Özəlləşdirməyə 73 ABŞ dolları xərcləyən məmur 300 000 dollar həcmində kompensasiya əldə edib.

Hazırda araşdırmalar davam etdirilir. S.Saakyan isə işi siyasi motivli böhtan adlandırıb.
 

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR