Ermənistanda ard-arda 2 zəlzələ oldu

Ermənistanda ard-arda 2 zəlzələ oldu

Ermənistan ərazisində ard-arda iki zəlzələ olub.

Bu barədə Gürcüstanın Seysmoloji Monitorinq Milli Mərkəzi məlumat yayıb.

İlk zəlzələ 5,2 bal olmaqla Tbilisi vaxtı ilə saat 20:22-də, ikincisi isə 4,2 bal olmaqla saat 20:24-də qeydə alınıb.

Birinci zəlzələnin episentri Gürcüstan sərhədindən 9 kilometr, digəri isə 5 kilometr aralıda - Ermənistan ərazisində olub.

Dağıntılar və təlafat barədə hələlik məlumat yoxdur.
 
Sputnik Armeniya-nın məlumatına görə, zəlzələ Gümrüdə daha çox hiss olunub. İnsanlar evlərini tərk edib, hələ də küçələrdədirlər. Zəlzələ zamanı şəhərin bəzi rayonlarından gurultu səsləri eşidilib.
XƏBƏRLƏR
BLOGLAR