Dünya 22:16 09.11.2019

Ermənistanda parlament binası yandı

Ermənistan parlamentinin binalar kompleksinin ərazisində yanğın baş verib.

Unikal.org  "RİA Novosti"yə istinadən xəbər verir ki, yanğın baş verən əraziyə çox sayda yanğınsöndürən briqadası cəlb edilib.

Yerli vaxtla saat 17:18-də başlayan yanğın saat 18:20-də söndürülüb.

Bildirilir ki, hadisə yerinə həmçinin ölkənin fövqəladə hallar naziri Feliks Tsolakyan da gəlib.

Yanğın nəticəsində xəsarət alanlar barədə məlumat verilmir.