Ermənistan Prezidenti Armen Sarkisyan ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı fərman verib.
"Qafqazinfo" "Sputnik Armeniya"ya istinadən xəbər verir ki, seçkilər 20 iyun tarixinə təyin edilib. Fərman rəsmi yayımlandıqdan bir gün sonra qüvvəyə minəcək.
Xatırladaq ki, Ermənistan parlamenti bu gün ikinci dəfə Nikol Paşinyanı Baş nazir postuna seçməyib. Bundan sonra spiker Ararat Mirzoyan parlamentin buraxılacağını elan edib.
Ermənistan konstitusiyasına əsasən, baş nazirin istefasından sonra parlament iki dəfə yeni baş nazir seçməzsə, qanunverici orqan buraxılır və növbədənkənar seçkilər keçirilir.
Şərhlər