Ermənistanda məktəbli uşaqlarda koronavirus aşkarlanıb.
Qaynarinfo "Report”a istinadən xəbər verir ki, bunu Ermənistanın səhiyyə naziri Arsen Torosyan martın 26-da keçirdiyi məbuat konfransında bildirib.
"Məktəblilərə koronavirus diaqnozu qoyulub. Onların sayını indi xatırlamıram”, deyə nazir vurğulayıb.
Qeyd edək ki, martın 26-sı saat 10:00-a olan məlumata əsasən, Ermənistanda 290 yoluxma faktı qeydə alınıb.
Şərhlər