Ermənistanda xidmət edən rus hərbçisi həyatını itirdi

Ermənistanda xidmət edən rus hərbçisi həyatını itirdi

Rusiya hərbçisi Gümrü şəhərində baş verən yol qəzasında ölüb. 

Qaynarinfo xəbər verir ki, Cənub Hərbi Dairəsinin mətbuat xidmətindən verilən məlumata görə, Gümrü qarnizonunun komandanlığı Ermənistanın hüquq-mühafizə orqanları ilə birlikdə yoxlama aparır.

Qəza məzuniyyətdə olan Rusiya hərbi bazasında müqavilə əsasında qulluq edən hərbçinin iştirakı ilə meydana gəlib. 

Cənub Hərbi Dairəsindən bildirilib ki, 23 yanvar Moskva vaxtı ilə 5.30-da şəxsi avtomobilində olan hərbçi idarəetməni itirib. O, yolun kənarında qadağan olunmuş yerdə dayanan maşının yük qoşqusu ilə toqquşub. Toqquşmadan sonra avtomobil alışıb. Sürücü aldığı xəsarətlərdən ölüb.

Alpər
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR