Ermənistanı fəlakətə sürükləyən daha bir səhv - 2-3 ilə... (VİDEO)

Ermənistanı fəlakətə sürükləyən daha bir səhv - 2-3 ilə... (VİDEO)

Ermənistanın nüvə stansiyasının təmiri 2-3 ilə təxirə salınıb.

Bunu BMT-nin enerji məsələləri üzrə mütəxəssisi Ara Mərcanyan deyib.

Onun sözlərinə görə, Ermənistan enerji sektorunun nüvə komponentini mütəmadi inkişaf etdirməli idi. Amma Ermənistan son onilliklərdə hidroelektrik enerjisini inkişaf etdirməməklə qəbuledilməz səhvə yol verdi. Buna görə də baş verənlərdən dərs götürülməlidir.

Qeyd edək ki, Ermənistanın nüvə stansiyası Metsamor şəhərinin yaxınlığında (İrəvanın təxminən 30 kilometr cənubunda) VVER-440 reaktorları əsasında inşa edilmiş iki enerji blokuna malikdir. Erməni AES-in birinci enerji bloku 1976-cı ilin dekabrında, ikincisi 1980-ci ilin yanvarında istifadəyə verilib. Nüvə elektrik stansiyasının işi 25 min insanın ölümü ilə nəticələnən 7 dekabr 1988-ci ildə baş verən Spitak zəlzələsindən sonra dayandırılıb. İkinci enerji bloku 1995-ci ilin noyabrında ölkədə baş verən enerji böhranı ilə əlaqədar yenidən işə salınıb.//Publika.az 

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR