Ölkə 18:08 28.10.2020

Ermənistanın Azərbaycana soyqırımı davam edir – Hərbi ekspert

"Bu, rəsmən soyqırımdır”.


BunuQaynarinfo-ya açıqlamasında hərbi ekspert Emin Həsənov Ermənistan silahlı birləşmələrinin Bərdə şəhərində qadağan olunmuş kaset bombalarından istifadə edilməklə 19 nəfərin ölümü, 60-a yaxın mülki şəxsin yaralanmasından danışarkən deyib. Onun sözlərinə görə, ermənilərin Azərbaycana soyqırımı davam edir:

 

"Dünya, beynəlxalq təşkilatlar bunu görür, susur. ABŞ-ın danışıqlarının heç birinə əhəmiyyət vermirlər, Rusiyanın humanitar atəşkəsinə məhəl qoyan yoxdur. Dünən Gəncə, bu gün Bərdə şəhərinin dağıdılması yoverilməzdir. Bunun qisasını Azərbaycan ordusu cəbhədə alır. Cəbhədə məğlub olan düşmən nə edəcəyini belə bilmir, onun qisasını mülki əhalidən alır”.

 

 


Ekspert Ermənistanın yaxın günlərdə daha böyük məğlubiyyətə uğrayacağını qeyd edib:


"Yaxın günlərdə biz torpaqlarımızı bütünlüklə azad edəcəyik. Ermənistan beynəlxaq hüquqda ən ağır cinayətləri - terror, soyqırım, işğal, təcavüz, mülki əhaliyə qadağan olunmuş silahlardan istifadə etmə, tarixi abidələri məhv etmə və s. bunların hər birinə görə beynəlxalq məhkəmədə cavab verəcək. Onları azərbaycan dövləti mühakimə edəcək. Bu soyqırımda dünyasını dəyişənlərə Allah rəhmət olsun deyirəm”.


Qeyd edək ki, 2020-ci il oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərini beynəlxalq hüquqla qadağan olunmuş kaset bombaları atıb. Zərbələrin endirilməsi nəticəsində 19 nəfər həlak olub, 60-a yaxın mülki şəxs isə xəsarət alıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.


Bahar Rüstəmli