Ölkə 18:26 27.10.2020

Ermənistan Bərdəyə raket atdı: 4 nəfər öldü, 10 nəfər yaralandı (YENİLƏNİB)

Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu ərazisinə raket atılması nəticəsində ölənlərin sayı 4-ə çatıb.

Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Ölənlər Ofelya Cəfərova, Ehtiram İsmayılov, Aybəniz Əhmədova və İsgəndərova Aysu Rövşən qızıdır.

17.41

Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq yaşayış məntəqələrimizi ağır artilleriyadan atəşə tutur.

Qafqazinfo-nun məlumatına görə, düşmən Bərdə istiqamətinə 3 raket zərbəsi endirib.

Onlardan ikisi zərərsizləşdirilsə də, biri rayonun Qarayusifli kəndinə düşüb. Nəticədə 1 mülki vətəndaşımız həlak olub, yaralılar var.
 
17:18

Oktyabrın 27-i saat 16:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən atılan raket Bərdə rayonu ərazisində Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən zərərsizləşdirilib.

Qaynarinfo bu barədə "Report-a istinadən xəbər verir.

Nəticədə rayonun Qarayüsifli kəndi ərazisində raket partlayıb və 2 mülki şəxs həlak olub, yaralılar var.