Ermənistanın Bərdəyə atdığı raketin adı açıqlandı

Ermənistanın Bərdəyə atdığı raketin adı açıqlandı

"Azərbaycan Respublikasının Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) məlumatına görə, Ermənistan Bərdədə mülki şəxslərə qarşı "Smerç" raketindən istifad edib. Halbuki mülki insanlara qarşı belə kasetli bombaların istifadəsi qadağandır".

Qaynarinfo xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazıb.

"Hadisə nəticəsində 4 nəfər ölüb, 13 nəfər yaralanıb", - o bildirib.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR