Xəbər lenti

Ermənistanın dövlət borcu 9,2 milyard dolları ötdü
Dünya 18:06 13.01.2022

Ermənistanın dövlət borcu 9,2 milyard dolları ötdü

Təkcə 2021-ci ildə Ermənistanın dövlət borcunun 1,2 milyard dollar artması faktı ölkənin kritik iqtisadi vəziyyətdə olduğunu sübut edir, Bu o deməkdir ki, dövlət və iqtisadiyyat rəhbərlərinin mövcud problemlərin həllini daxili resurslar hesabına həll edə bilməməsi və Ermənistanın dövlət borcunun artıq 9,2 milyard dolları ötməsi səbəbindən ölkə kritik vəziyyətə çatıb.
 
Məsələ ondadır ki, ölkənin daxili qanunvericiliyi dövlət borcunun ümumdaxili məhsulun nisbətinin 60%-i keçməməsini tələb edir, halbuki, hesablanmış rəsmi məlumatlara görə, Ermənistan bu həddi çoxdan keçib. Üstəlik, ölkə Aİİ-nin üzvüdür və həmin strukturun qanunvericiliyi üzv dövlətlərin dövlət borcu ÜDM nisbətinin 50%-dən çox olmamalıdır. Nəzərə alsaq ki, beynəlxalq hüquq milli qanunlardan üstündür, o zaman borc ÜDM nisbəti 60%-lik həddi keçməməlidir ki, bu da Ermənistanda uzun müddətdir mövcud olan həddir.

Bundan başqa, ölkənin dövlət borcunun strukturunda xarici borc kifayət qədər böyükdür, 80%-i ötür və təbii ki, Aİ Müqaviləsində qeyd olunan 50%-lik müddəa yerinə yetirilməlidir.

Dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi zərurəti ilə əlaqədar hökumət 2022-ci ildə Beynəlxalq Valyuta Fonduna yeni kredit almaq üçün (72 mln. dollar) müraciət edib.

Telman

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->