Xəbər lenti

Ermənistanın Qarabağdan çıxması an məsələsidir - Rus mediası
Siyasət 19:03 19.10.2020

Ermənistanın Qarabağdan çıxması an məsələsidir - Rus mediası

Ermənistan ordusu özünün 20-ci əsrin 80-ci illərinə aid taktika və silahları ilə Azərbaycanın 21-ci əsrə aid silahlara məxsus, yüksək döyüş ruhu və başlanan işi sona çatdırmaq niyyəti olan ordusunu dayandıra bilməz.

Qaynarinfo Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazır.

Qeyd olunur ki, Azərbaycan Dağlıq Qarabağda parlaq qələbə qazanıb, Ermənistan isə məğlub olub və onun Qarabağdan çıxması an məsələsidir:

"Aradakı fərqi ortaya çıxaran əsas amil müdafiə planlaşdırmasına yeni yanaşma, idarəçilik və kəşfiyyatın, o cümlədən kosmik kəşfiyyatın keyfiyyəti, havada üstünlük, hava hücumundan müdafiə sistemlərinin məhv edilməsi taktikası olub. Ermənistan artıq 700-dən çox hərbçisinin həlak olduğunu açıqlayıb. Bu, yaralılar da nəzər alınmaqla erməni döyüş bölmələrinin qüvvəsini itirdiyini göstərir. Həm də onların pilotsuz uçuş aparatları probleminə qarşı həlli yoxdur. Azərbaycan təkcə dronlarda deyil, həm də döyüş əməliyyatlarının planlamasında və idarə olunmasında üstünlüyə sahibdir, şəxsi heyətin ruh yüksəkliyi gözəçarpan dərəcədədir. Azərbaycanlılar mümkün olan hər yerdə irəliləməyə çalışır”. 



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->