Ermənsitanda büdcə qalmaqalı: Ezamiyyət xərcləri artırılıb, müdafiə xərcləri isə...

Ermənsitanda büdcə qalmaqalı: Ezamiyyət xərcləri artırılıb, müdafiə xərcləri isə...

"2022-ci ilin dövlət büdcəsi layihəsi Ermənistanın qarşısında duran vəzifələrə qətiyyən cavab vermir". 

Qaynarinfo xəbər verir ki, bu sözləri Ermənistan parlamentində büdcənin müzakirələri zamanı "Hayastan” fraksiyasının deputatı Andranik Tjanyan deyib. Onun sözlərinə görə, müdafiə sektoruna ayrılan vəsait sərhədlərin bundan sonra da zəif qorunacağını, orduda modernləşmə siyasətinin aparılmayacağını deməyə əsas verir:

"2020-ci ildən sonra hökumət ordunun yenidən qurulmasını vəd etmişdi. Bunun üçün müvafiq islahatlar, onun həyata keçirilməsi üçün müvafiq vəsait tələb olunur. Amma bunlar hələ də yoxdur. Əvəzində müharibədən sonra xaricə ezamiyyət xərcləri 5 dəfə, nümayəndəlik, ofis və geyim xərcləri isə 2 dəfə artırılıb”.

Deputat bildirib ki, bu xərclər azalsaydı, böyük vəsaitə qənaət olunar, cəmiyyətin həssas təbəqələrindən birinin, yarım milyona yaxın təqaüdçünün pensiyasını ən azı 5000 dram artırmaq olardı:

"Təqaüdçülərin 3 faizinin pensiyasını cəmi 2100 dram qaldırdılar. Dedilər ki, başqa imkanımız yoxdur, büdcədə onların "ayaqqabılarına”, ezamiyyətlərinə, başqa mənasız şeylərə pul var. Lakin pensiyaçılarda pul lazım olanda deyirlər yoxdur".

Telman
XƏBƏRLƏR
BLOGLAR
X