Xəbər lenti

Video 17:48 30.10.2020

Əsir düşmüş erməni silahlılarından biri din xadimi çıxdı (VİDEO)

Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları zamanı əsir düşmüş erməni silahlılarından birinin din xadimi olduğu məlum olub.

Qaynarinfo xəbər verir ki, Ermənistanın Gümrü şəhəri Adventist kilsəsinin pastoru Hovsep Sahakyan Araratoviç din xadimi olması ilə bağlı etirazlarına baxmayaraq, silahlandırılaraq Azərbaycanın işğal altındakı ərazilərinə gətirilib.

O, Qubadlı rayonunda döyüşlərə cəlb edildiyini bildirir.

Hovsep Sahakyan yutub və digər sosial şəbəkələrdə yayılmış dini moizələri və rəhbərlik etdiyi dini ayinlərlə bağlı videomateriallarla tanınır.
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->