Xəbər lenti

Etimad İsmayılov 4 milyonluq səhmə görə qətlə yetirilib (TƏFƏRRÜAT)
Ölkə 21:32 20.09.2018

Etimad İsmayılov 4 milyonluq səhmə görə qətlə yetirilib (TƏFƏRRÜAT)

Gözəl Dəmirov Etimad İsmayılovu şirkətin 4 milyon dollar dəyərində olan 2 faizlik səhmini onun adına keçirmədiyi üçün qətlə yetirib.

Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Gözəl Dəmirov polisə verdiyi ifadəsində bildirib.

Dəmirov dünən İsmayılovun ofisinə gedərək şirkətin 4 milyon dəyərində olan 2 faizlik səhmini onun adına keçirməsini istəyib. Lakin iki iş adamı arasında baş verən mübahisə səbəbindən səhmin köçürülməsi prosesi baş tutmayıb. Bundan sonra Dəmirov evinə gedib və silahını götürdükdən sonra yenidən İsmayılovun ofisinə gəlib. Mübahisə yenidən başlayanda o, E.İsmayılovu güllələyərək öldürüb. Dəmirov hadisədən sonra sürücüsü ilə birlikdə qaçıb. Axtarışlara başlayan polis Dəmirovu və sürücüsünü qətldə istifadə edilən silahla birlikdə ələ keçirib.
 
Hazırda istintaq davam etdirilir.

Qeyd edək ki, Etimad İsmayılov Azərbaycanın sabiq baş prokuroru, Milli Məclisin sabiq deputatı, Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu, tanınmış jurnalist Sevil Nuriyevanın isə həyat yoldaşıdır. Onu qətlə yetirən Gözəl Dəmirov isə 1990-cı illərin əvvəllərində Azərbaycanda polis rəisi vəzifəsində çalışıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->